Heç vaxt sadəliyə can atmamışam. Çünki məncə, insan nə qədər mürəkkəbdirsə, o qədər də dərin, maraqlı və qiymətlidir.
Dünyanın yaranışından varam, sonuna qədər də var olacağam. Yox, allahlıq iddiasında deyiləm. Amma bilirsiniz, yaradıcı adamı başqalarından fərqləndirən nədir? Biz təzadlı, bir-birinə əks şeylərə inanırıq. Biz eyni zamanda həm yaradana, həm də onun yoxluğuna inana bilirik. Yoxsa özümüz heç nə yarada bilmərik.
Dünyada hər şeyin izahı var, bircə insanın daxilindən, onun məğzindən başqa... Bu məğzi altıncı, yeddinci, səkkizinci hisslərlə duymaq mümkündür, gözünlə yox, daxilən nəyləsə, bəlkə əgər sadəcə nasos deyilsə, ürəyinlə görə bilərsən...
Bəlkə də ruhunla... Hə, məncə, ən doğrusu budur! Ruhunla...
Bir şeyi izah edə bilməyəndə həmişə bu naməlum atributa istinad edirik.
Siz də mənə belə baxın! Gözünüzlə yox... Ruhunuzla...
Film "Qərbi Azərbaycan: maddi və mənəvi irsimiz" layihəsi çərçivəsində
istehsal olunmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatında "AzerNyuMedia" "REAL FM"-də “Sinema Radio”nun 225-ci buraxılışının qonağı kinorejissor Mübariz Nağıyevdir.
50 yaşını tamamlayan dəyərli rejissorumuz Mübariz Nağıyevin yubiley yaşında onun keçdiyi ömür yoluna səyahət etməyə çalışdıq və səyahət yolçuluğunda öyrəndiklərimizi sizlərlə paylaşmağa qərar verdik.
"Qərbi Azərbaycan: maddi və mədəni irsimiz" layihəsi çərçivəsində
“Sarı gəlin"in sorağında” filminin təqdimatı